İsrail HƏMAS-a döyüşləri dayandırmağı təklif edib

DÜNYA
17:50 / 20.12.2023
595

İsrail Fələstinin HƏMAS hərəkatına Qəzza zolağında saxlanılan girovlar müqabilində hərbi əməliyyatları dayandırmaq təklifi irəli sürüb. 

HİT.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən Amerikanın CNN telekanalı məlumat yayıb.

"İsrail Qəzzada hələ də əsirlikdə olan girovlar müqabilində hərbi əməliyyatların dayandırılması üçün təkliflər irəli sürməyə başlayıb", deyə telekanalın məlumatında bildirilir.

Qeyd olunur ki, İsrail Qəzza zolağında saxlanılan bütün israilli məhbusların, o cümlədən qadınların mərhələli şəkildə azad edilməsini təklif edir.

CNN mənbələrinin məlumatına görə, anklavda döyüşlər bir-iki həftə dayandırıla bilər.

Bundan əvvəl HƏMAS Siyasi Bürosunun üzvü Qazi Həməd bildirib ki, radikal qruplaşmanın İsraillə danışıqlarda prioriteti hərbi əməliyyatların tamamilə dayandırılmasıdır.

Samir

0