Paşinyan Rusiyaya getməkdən qorxur? - ŞƏRH

DÜNYA
11:25 / 21.12.2023
542

"Ermənistanın Baş naziri Nikol Paşinyanın son zamanlarda Rusiyada keçirilən tədbirlərə qatılmamasının səbəbi qərbyönümlü siyasət aparmaq istəyi və Qərbdən İrəvana edilən təzyiqlərlə əlaqədardır". 

Bu sözləri HİT.az-a açıqlama verən politoloq Rüstəm Tağızadə deyib. 

O xatırladıb ki, Ermənistanla Rusiya arasındakı münasibətlər Nikol Paşinyan hakimiyyətə gəldikdən az sonra gərginləşməyə başladı:

340307

"İkinci Qarabağ müharibəsindən sonra isə Ermənistan sırf qərbyönümlü siyasi xətt yürütməyə başladı. Lakin bu siyasi xətt Rusiyanın Cənubi Qafqazdakı geosiyasi politikasına ziddir. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistan üzərində həm siyasi, həm də iqtisadi təsiri olduqca güclüdür. Siyasi təsir ondan ibarətdir ki, Rusiyanin 102-ci hərbi bazası Gümrü şəhərində yerləşir. Ermənistan son zamanlar bu bazanı ölkədən çıxartmaq istəsə də bu proses alınmır. 

Bundan başqa, Rusiyanın Ermənistan üzərində böyük iqtisadi təsiri də var. Dalana sıxılmış vəziyyətdə olan Ermənistan Gürcüstan üzərindən Rusiya ilə iqtisadi əlaqələr qurur. Hətta iqtisadi sanksiyalarla üzləşən Rusiya Ermənistan üzərindən bəzi məhsulları ixrac edir".

Politoloq qeyd edib ki, bu misalların fonunda Ermənistanın hələ də Rusiyadan asılılığının çox olduğu görünür:

"Rusiya üçün Cənubi Qafqaz olduqca önəmlidir. Ermənistan əsas da Fransanı özünə dost hesab etsə də, özündən asılı olmayan səbəblərə görə Qərbə inteqrasiya etməkdə çətinlik çəkir. Ermənistanda siyasi və iqtisadi vəziyyət ürəkaçan olmadığına görə bu proses indiki halda baş tutmur". 

Rüstəm Tağızadənin sözlərinə görə, Nikol Paşinyan Qərbdən aldığı təlimatlara görə Rusiyaya getmir:

"Rusiya ilə münasibətlərin siyasi sahədə pisləşməsi Ermənistanın özünə ziyandır. Regionda isə hələ sakitlik hökm sürür. Lakin bu sakitlik hələlik kövrək xarakter daşıyır".

Pərviz

0