Bu ölkə OPEC-dən çıxmağa hazırlaşır

DÜNYA
19:49 / 21.12.2023
562

Anqola OPEC-dən çıxmaq üzrədir. 

HİT.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd olunur ki, Anqola 20 ən böyük neft hasil edən ölkədən biridir. Əvvəllər OPEC+ ölkələrinin nazirlərinin görüşü Anqola və Nigeriyanın neft hasilatını artırmaq istəyinə görə təxirə salınmışdı. İclasda neft hasilatının azaldılması üzrə mövcud tendensiyanın uzadılmasının müzakirəsi planlaşdırılırdı, lakin bütün iştirakçılar bununla razılaşmayıb. Belə ki, Anqolanın nümayəndələri bildiriblər ki, ölkə yataqların işlənməsinə sərmayə yatırır və dayanmaq istəmir.

Bundan əlavə, agentliyin OPEC+-dakı mənbələri görüşün təxirə salınmasının digər Afrika ölkələri ilə də əlaqəli olduğunu bildiriblər. İyun ayında OPEC+ Anqola, Nigeriya və Konqo üçün 2024-cü il üçün hasilat kvotalarına yenidən baxacağına söz verib.

"Goldman Sachs" investisiya bankının analitiklərinin fikrincə, OPEC+ alyansına daxil olan ölkələrin qarşıdan gələn iclasda neft hasilatının azaldılmasını intensivləşdirməyə qərar vermə şansı təxminən 35% təşkil edir.

Samir

0