Keçmiş BMT müstəntiqi Qəzzadakı vəziyyəti Vyetnam müharibəsi ilə müqayisə etdi

DÜNYA
20:00 / 22.12.2023
441

İsrailin Qəzza zolağındakı hərbi əməliyyatını intensivliyinə görə Amerikanın Vyetnamdakı kampaniyası ilə müqayisə etmək olar. 

HİT.az CNN-ə istinadən xəbər verir ki, bu fikri ABŞ hərbi kəşfiyyatının keçmiş analitiki və BMT-nin hərbi cinayətlər üzrə keçmiş müstəntiqi Mark Qarlasko bildirib.

"Qəzza zolağındakı döyüşləri müqayisə etmək istəsəz, Vyetnam müharibəsinə qayıtmalı olacaqsınız", deyə Mark Qarlasko bildirib.

CNN-in məlumatında bildirilir ki, İsrail iki aydan çox müddət ərzində ağır hava bombardmanını amansız artilleriya zərbələri ilə birləşdirərək yüksək intensivlikli kampaniya aparıb.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri Qəzza zolağının mərkəzi hissəsindəki Cohor əl-Dik bölgəsində ötən həftə İsrailə qarşı hücumlarda istifadə edilmiş böyük silah anbarı və uzaqmənzilli raket atıcılarının olduğu anbar aşkar ediblər. 

Samir

0