Nümayəndələr Palatasının spikeri Mayk Conson ABŞ prezidenti Co Baydeni cənub sərhədinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə, xüsusilə ABŞ-ın keçmiş prezidenti Donald Trampın tədbirlərindən biri olan sərhəd divarının tikintisini bərpa etməyə çağırıb.
HİT.az xəbər verir ki, bu barədə Amerikanın "Axios" portalı Consonun Baydenə məktubuna istinadən yazıb.
Nümayəndələr Palatasının spikeri Baydeni cənub sərhədinin təhlükəsizliyini təmin etmək üçün icraedici tədbirlər görməyə və onu Tramp administrasiyası tərəfindən görülən bir sıra tədbirləri yeniləməyə çağırır.
Conson məktubda Tramp administrasiyasının siyasətlərinin, məsələn, sərhəd divarının tikintisini bərpa etmək kimi yenidən həyata keçirilməli olduğunu müdafiə edir.
Bundan əvvəl ABŞ Konqresinin yuxarı palatasındakı Demokratik çoxluğun lideri Çak Şumer bildirmişdi ki, Senat yeni ilə qədər hər hansı səsvermə keçirmək niyyətində deyil, lakin əlavə maliyyə ayırmaları, o cümlədən Kiyevlə bağlı məsləhətləşmələri davam etdirəcək.
Samir