Qalmaqallı, məşhur Hamburq özəl bankı M.M.Varburqun keçmiş rəhbəri Kristian Oleariusun gündəliyi Almaniya kansleri Olaf Şoltsun korrupsiyada əli ola biləcəyini sübut edir.
Hit.az xəbər verir ki, bu barədə "Financial Times" yazır.
Bildirilir ki, bankir 2016-cı ildə həmin vaxt Hamburq şəhərinin meri vəzifəsində çalışan Şoltsun yanına 47 milyon avro məbləğində vergi borcunu silmək tələbi ilə gəlib. Bankirin qeydlərinə görə, vergi xidmətinin onun üçün əlverişli qərardan əvvəl Şoltsla ikinci görüş keçirilib, sonra o, bankın məhkəmədəki arqumentlərini əks etdirən sənədi Hamburq Senatının maliyyə komitəsinin üzvünə göndərməsini söyləyib.
Qeyd olunur ki, Olearius bu məsələ ilə bağlı lobbiçilik fəaliyyəti ilə məşğul olarkən “alman siyasətçisi üçün risklərdən çox xəbərdar idi” və gündəliyinə “heç bir halda onu rüsvay etmək istəmədiyini” yazıb.
Şolts özü belə bir görüşü xatırlamadığını iddia edir, lakin görüşdən bir neçə həftə sonra banka qarşı iddia rədd edilib.
Samir