"Belarusa qarşı hibrid müharibə gedir".
HİT.az BELTA-ya istinadən xəbər verir ki, bunu Novopolotskda Əfqanıstan müharibəsi iştirakçılarının şərəfinə qoyulmuş xatirə lövhəsinin açılış mərasimində Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.
Volfoviç bildirib ki, Əfqanıstandakı beynəlmiləlçi əsgərlər ekstremizmin və terrorizmin kökünü kəsməyə və əfqan xalqını Əfqanıstanda daha xoşbəxt və həyatı daha təhlükəsiz etməyə çalışıblar.
Onun sözlərinə görə, hazırda dünyada geosiyasi vəziyyət daha da mürəkkəbləşib:
“Ekstremizm və terrorizm də baş qaldırıb və dünyanın müxtəlif yerlərində müharibələr və münaqişələr yaradır. Bu gün ölkəmizə qarşı bir çox cəhətdən hibrid müharibə başlayıb, ekstremistlər və terrorçular da ölkəmiz ərazisində sabitliyi pozmağa, tarixi yaddaşımızı silməyə, Böyük Vətən müharibəsi hadisələrini saxtalaşdırmağa cəhd edirlər. Lakin bizim yaddaşımız silinə bilməz”, deyə Belarus Təhlükəsizlik Şurasının rəhbəri bildirib.
Samir