Rusiya Ukraynadakı döyüşmək ümün Afrikadan muzdlular gətirəcək

DÜNYA
18:04 / 25.12.2023
313

Ruslar Ukraynadakı müharibə üçün başqa qitələrdə muzdlu əsgərlər axtarırlar. 

HİT.az xəbər verir ki, Ukrayna Milli Müqavimət Mərkəzinin (CNS) məlumatına görə, ruislar bu məqsədlə Afrikaya ekspedisiya hazırlayır.

Qeyd olunur ki, hazırda Kursk vilayətində işə qəbul kampaniyası aparılır və bu kampaniya zamanı “Afrika Korpusu” adlanan qurumu doldurmaq üçün 50-100 əsgər və zabitin cəlb edilməsi planlaşdırılır. “Afrika Korpusu” Afrikada fəaliyyət göstərən, lakin müharibə zonasına göndərilən "Vaqner"in muzdlularını əvəz etmək üçün yaradılıb.

"Kontingentin Burkina-Faso ərazisində yerləşdirilməsi planlaşdırılır və muzdluların əsas fəaliyyəti Ukraynaya qarşı müharibəyə göndəriləcək muzdlular üçün yerli kadrlarının hazırlanması olacaq", deyə Milli Müqavimət Mərkəzinin məlumatında deyilir.

Samir

0