Kralın birlik mövzusunda çıxışı ölkənin siyasi elitasını parçaladı

22:39 / 25.12.2023
521

İspaniyada siyasi qüvvələr arasında Kral VI Felipenin ölkədə parçalanmanın qarşısını almaq üçün konstitusiyaya hörmət etməyə çağırdığı Milad nitqinə görə fikir ayrılığı yaranıb.

HİT.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı yazır.

Milad nitqində monarx xəbərdarlıq edib ki, konstitusiya olmadan nə demokratiya, nə dinc yanaşı yaşamaq, nə qanun, nə sülh, nə də azadlıq mümkün deyil, yalnız diqtə və özbaşınalıq olacaq.

Sonrakı reaksiya İspaniyanın siyasi isteblişmentində parçalanma olduğunu göstərir. İfrat sağçı milli mühafizəkar Səs Partiyası və sağ mərkəzçi Xalq Partiyası VI Felipeni şiddətlə dəstəkləyib.

Lideri Pedro Sançesin hökumətə başçılıq etdiyi İspaniya Sosialist İşçi Partiyası (PSOE) hələ ki, çıxış etməyib, lakin koalisiya tərəfdaşları mesajı tənqid edib. Partiya sözçüsü Marta Lois çıxışı “məyusedici” və “real ölkədən uzaq” adlandırıb.

Solçu Podemos Partiyasının baş katibi İone Belarra da çıxışında “Fələstində soyqırım”dan bəhs edilməməsini tənqid edib. O, çıxışın sağ cinah üzərində qələbə çalmaq üçün "ümidsiz cəhd" olduğunu deyib.

Samir

0