Səudiyyə Ərəbistanı Qırmızı dənizdəki son hücumlar fonunda Yəmənin şimalını idarə edən Ənsar Allah (Husi) hərəkatına qarşı mübarizə aparmaq üçün digər ölkələrə qoşulmaqda maraqlı deyil.
HİT.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Qeyd olunur ki, ölkənin cənub sərhəddində sülhün bərqərar olması perspektivi Səudiyyə Ərəbistanı üçün Husilərin Qırmızı dənizdə gəmilərə hücumlarını dayandırmaq səylərinə qoşulmaqdan daha “daha cəlbedici məqsəddir”.
“Vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud hazırda Səudiyyə Ərəbistanının faktiki hökmdarıdır və o, yenidən husilərlə münaqişəyə cəlb olunmaqda maraqlı deyil”, deyə nəşr Amerika rəsmilərinə istinadən yazıb.
Şahzadənin 2030-cu ilə qədər ölkəni “biznes mərkəzinə” çevirmək planını həyata keçirmək üçün Yaxın Şərqdəki münaqişələri, o cümlədən İranla yaxınlaşma yolu ilə həll etməyə çalışdığı bildirilir.
"Şahzadə Yəməndəki münaqişənin qızğın vaxtında olduğu kimi Səudiyyə Ərəbistanının cənubundakı şəhərlərə husilərin hücumlarının yenidən başlanmasını istəmir, çünki o, turistləri və investorları İslam krallığının biznes üçün açıq olduğuna inandırmağa çalışır", dyə məqalədə qeyd olunub.
Bundan əvvəl Yəmənin Qırmızı dəniz sahillərinin əksəriyyətinə nəzarət edən Ənsar Allah (Husi) hərəkatı İsraillə əlaqəli istənilən gəmiyə hücum etmək niyyəti barədə xəbərdarlıq edərək, digər ölkələri ekipajlarını onlardan geri çağırmağa və onlara yaxınlaşmamağa çağırıb. Bir sıra gəmiçilik şirkətləri Qırmızı dəniz vasitəsilə daşımaları dayandırmaq qərarına gəlib. BP və "Equinor" enerji şirkətləri də Qırmızı dəniz üzərindən neft məhsullarının tankerlə daşınmasını dayandırmaq barədə qərar qəbul ediblər.
Samir