Litva öz qoşunlarını Hind-Sakit okean regionuna göndərməyə hazırdır

DÜNYA
19:19 / 25.12.2023
552

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bildirib ki, ölkə Seymi 2024-cü ildə beynəlxalq missiyalar üçün mandatı təsdiqləyib, bu mandat Hind-Sakit okean regionuna hərbi personalın göndərilməsi imkanını özündə ehtiva edir. 

HİT.az xəbər verir ki, nazir bu qərarın Litvanın strateji tərəfdaşlarının regiona daha çox diqqət yetirməsi səbəbindən verildiyini bildirib.

"Dövlət Müdafiə Şurası Litvanın bölgədəki müttəfiq əməliyyatlarında iştirakına razılıq verdi, oraya 10-a qədər əsgər və milli müdafiə sisteminin dövlət qulluqçusu göndəriləcək", deyə Qabrielius Landsberqis bildirib.

Onun sözlərinə görə, lazım gələrsə, Litva beynəlxalq birliyin mövcud missiyalarında və ya regionda mümkün yeni əməliyyatlarda iştirak etməyə hazırdır.

Bundan əvvəl Qabrielius Landsbergis bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün 30 il əvvəl qurulmuş dövlət təhlükəsizliyi konsepsiyasına yenidən baxmağa çağırıb.

Onun fikrincə, Soyuq müharibədən sonra qurulmuş geosiyasi arxitektura gözümüzün qabağında dağılır, lakin Litva indiyədək yaranmış ekzistensial təhlükələrdən danışmaqdan yayınıb. Qabrielius Landsberqis həmçinin NATO-nun şərq cinahına qarşı təhdidlərin artdığını qeyd etdi, lakin onların həyata keçib-keçməyəcəyinə cavab verməkdə çətinlik çəkib.

Samir

0