Politoloq: \"Vuçiç Qərblə uzunmüddətli qarşıdurmaya hazırlaşmalıdır\"

18:58 / 26.12.2023
360

"Serbiya cəsarətlə öz milli maraqlarını müdafiə etməyə çalışır, lakin kollektiv Qərbin təzyiqi daha da artacaq, məqsəd respublikada vəziyyəti tamamilə pozmaqdır".

HİT.az xəbər verir ki, bu fikirləri tsargrad.tv-də politoloq Yevgeni Mixaylov Belqradda baş verən iğtişaşları şərh edərkən səsləndirib. 

Onun fikrincə, ölkə prezidenti Aleksandar Vuçiç ABŞ və Avropa İttifaqı ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmalıdır.

"Düşünürəm ki, Serbiyada vəziyyət daha çox Belarus ssenarisi üzrə olacaq. Çox güman ki, Lukaşenkonun öhdəsindən gəldiyi kimi Vuçiç də bunun öhdəsindən gələcək. Bu cür halların qarşısını almaq və müttəfiqlərimizə bu vəziyyətlə necə davranmaq barədə xəbərdarlıq etməkdə böyük təcrübəmiz var”, deyə ekspert qeyd edib.

O əlavə edib ki, vəziyyət daha da pisləşərsə, Moskva Serbiyanın müstəqil dövlət kimi sağ qalmasına kömək etmək üçün əlavə səylər göstərəcək.

Dekabrın 17-də ölkədə keçirilən seçkilərin nəticələri ilə razılaşmayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları Belqradın nümayəndə və icra hakimiyyətinin binası qarşısında iğtişaşlar törədib və pilləkənləri zəbt ediblər. Dekabrın 24-ü axşam saatlarında polis bir neçə dəqiqə ərzində etirazçıları dağıdıb, meydanı onlardan təmizləyib və kordon yaradıb.

Vuçiç xalqa təcili müraciəti zamanı bildirib ki, müxalifət tərəfdarlarının Belqrad Assambleyasının (şəhər məclisi) binasına basqın etmək cəhdi xarici amillə bağlı olub və ölkənin suverenliyinə zərbə vurmaq məqsədi daşıyır.

Bir gün əvvəl Serb müxalifəti yenidən Belqrad küçələrinə çıxıb. Bu dəfə “Mübarizə” tələbə təşkilatından 500 nəfər şəhərin mərkəzindəki Knez Miloş küçəsinə gələrək yollarda avtomobillərin və ictimai nəqliyyatın hərəkətində sıxlıq yaradıb.

Samir

0