"Çin birtərəfli sanksiyaları dəstəkləmir, çünki onlar problemlərin həllinə kömək etmir və yalnız yeni fəsadlara gətirib çıxarır".
HİT.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.
Diplomatın sözlərinə görə, faktlar bunu təsdiqləyir. Eyni zamanda, Mao Ninq ABŞ-ın Çin şirkətlərinin iştirakı ilə "Arctic LNG 2" layihəsinə qarşı sanksiyalarına baxmayaraq, Çin və Rusiyanın normal ticarət-iqtisadi əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.
Ötən həftə bildirilib ki, ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem Pekin Tayvana nəzarəti bərpa etməyə cəhd edərsə, Çini “cəhənnəm sanksiyaları ilə” hədələyib. Belə ki, senator Si Szinpinin San-Fransiskoda ABŞ prezidenti Co Baydenlə görüşü zamanı Tayvanın Çinlə yenidən birləşəcəyini ona birbaşa söyləməsi barədə məlumatlara cavab verib.
Samir