Rusiya Litvaya hücum edəcək? - Prezidentdən açıqlama

DÜNYA
22:36 / 26.12.2023
421

Litva prezidenti Gitanas Nauseda Rusiyanın NATO ölkələrinə hücum edə biləcəyi ilə bağlı müzakirələrdən danışıb. 

HİT.az "Delfi"yə istinadən xəbər verir ki, onun sözlərinə görə, hadisələrin bu cür inkişafının mümkün olub-olmaması ilə bağlı heç kimin cavabı yoxdur.

Prezidentin fikrincı, bu, Ukraynadakı münaqişənin ssenarisindən asılı olacaq. Onun fikrincə, Moskva hər şeyi öz xeyrinə çevirə bilməsə, o zaman iki cəbhədə mübarizə apara bilməyəcək.

“Əgər hər şey başqa cür olarsa və Qərb birdən Ukraynadan üz döndərirsə və ona lazımi yardımı göstərməzsə, o zaman bu baş verə bilər, lakin belə bir ssenarinin baş vermə ehtimalı azdır", deyə Nauseda bildirib.

Onun sözlərinə görə, bu cür söhbətlər “müzakirəni sıfırdan başlamaq istəyi” ilə əlaqələndirilir.

“Rusiyanın davranışının nə vaxt dəyişə biləcəyi və nəzərlərini NATO-ya çevirəcəyi sualına heç kimin cavabı yoxdur”, deyə Litva prezidenti vurğulayıb.

Samir

0