Cənubi Koreyanın müdafiə naziri Şin Von-şik 2010-cu ildə “Çeonan” korvetinin batmasının qisasını almaq üçün Şimali Koreya qüvvələrini dənizdə məhv etməyə çağırıb.
HİT.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Şin Von-şik bu yaxınlarda Koreya Respublikası Hərbi Dəniz Qüvvələrinin İkinci Donanmasına təhvil verilmiş “Çeonan” freqatına baxış keçirib. O, gəminin 13 ildən sonra yenidən Sarı dənizi müdafiə etdiyini və Cənubi Koreya Silahlı Qüvvələrinin avanqardında dayandığını vurğulayıb.
“Əgər düşmən yenidən təxribata getsə, onu amansızlıqla batırın, böyük yoldaşlarınızın qisasını alın”, deyə idarə rəisi qeyd edib.
“Çeonan” gəmisinin batmasından sonra Cənubi Koreya, ABŞ və Kanadadan olan müstəntiqlər belə qənaətə gəliblər ki, freqat Şimali Koreya torpedası ilə vurulması nəticəsində batıb. Fəlakət zamanı gəminin göyərtəsində 104 ekipaj üzvü olub, onlardan 58-i xilas edilib.
Samir