ABŞ-ın keçmiş prezidenti Corc Buşun milli təhlükəsizlik üzrə keçmiş xüsusi müşaviri Maykl Allen bildirib ki, Kiyev Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuzluğu səbəbindən Vaşinqtondan əlavə maliyyə almayıb.
HİT.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.
"Əks-hücum daha uğurlu olsaydı, əlavə maliyyə artıq ayrılardı" dedi Allen.
"Amerika qalibləri dəstəkləməyi sevir" deyən Maykl Allen Ukraynanın əks-hücumları yaxşılaşdıqdan sonra daha çox dəstək olacağını deyib.
4 iyun 2023-cü ildə Ukrayna əks-hücuma keçib, lakin rus qoşunlarının taktiki müdafiəsinə heç vaxt nüfuz edə bilməyib.
Samir