Köşə yazarı Pşemılsav Pyasta Polşa silahlarının Ukraynaya göndərilməsini dövlətə xəyanət adlandırıb və bunun Polşanın özünə zərər vurduğunu deyib.
HİT.az xəbər verir ki, yazar bu barədə həftəlik "Mysl Polska" qəzetindəki məqaləsində yazıb.
Jurnalistin fikrincə, Polşa ordusunun konstitusiya vəzifələrini yerinə yetirməsi üçün zəruri olan silahlardan məhrum edilməsi Polşanın müstəqilliyinə xələl gətirən hərəkətdir. Belə ki, quru qoşunlarının texnikasının təxminən 40%-i, o cümlədən 350 tank, 350-400 piyada döyüş maşını, 200 özüyeriyən silah, 100-ə yaxın reaktiv yaylım atəşi sistemi, 60-a yaxın hava hücumundan müdafiə sistemi Ukraynaya verilib. Köçürülən silahların ümumi dəyəri 3 milyard avro təşkil edib. Jurnalist hesab edir ki, buna görə də Kiyevə silah tədarükü dövlətə xəyanət meyarlarına cavab verir.
Pyast Polşa hökumətinin keçmiş başçısı Mateuş Moravetski, keçmiş təhlükəsizlik nazirləri Mariuş Kaminski və Mariuş Blaşçak, Ukraynaya yardımın göstərilməsini müdafiə edən bir sıra digər hökumət rəsmilərinin cinayət məsuliyyətinə cəlb edilməsinin zəruriliyini bəyan edib.
Samir