Netanyahu hakimiyyətdən gedir? - ŞƏRH 

DÜNYA
12:21 / 27.12.2023
397

İsrail Baş naziri Benyamin Netanyahu daha bir çətinliklə üzləşib. 

Belə ki, onun fevralda məhkəməsinin olacağı açıqlanıb. Netanyahu rüşvətxorluq, fırıldaqçılıq və etibardan sui-istifadə ittihamları ilə qarşı-qarşıyadır. 

Ümumiyyətlə, proseslər növbəti dəfə Netanyahunun hakimiyyətdən kənarlaşdırılması ilə nəticələnə bilər?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Rüstəm Tağızadə deyib ki, hal-hazırda İsrail HƏMASla müharibə şəraitindədir:

340754

"Benyamin Netanyahunun məhkəməsinin vaxtı da bu səbəbdən uzanır. Fikrimcə, indiki şəraitdə təcrübəli hərbçi kimi Netanyahunun xidmətlərindən istifadə edilməlidir. Ancaq bu ittihamlar və məhkəmə prosesi Baş nazirin nüfuzuna xələl gətirir. 

Onu da qeyd edim ki, məhkəmədə Netanyahunun əleyhinə qərar çıxarılarsa, Baş nazir vəzifəsindən kənarlaşmalıdır. Hələ ki, məhkəmə prosesi davam etdiyindən bu haqda tam dəqiq fikir söyləmək yanlış olar".

Politoloq diqqətə çatdırıb ki, Benyamin Netanyahunun İsrail üçün kifayət qədər xidmətləri olub:

"Bundan başqa, onun xalq arasında da dəstəkçisi çoxdur. Əslində HƏMASla müharibənin gedişatında bu kimi məhkəmə prosesləri dövlət üçün də yaxşı hal sayılmır. Yenə də fevral ayında hadisələrə yenidən nəzər yetirmək lazım olacaq.

Bildirim ki, Netanyahu HƏMASla müharibədə sona qədər vuruşacağını açıqlayıb. İsrail müdafiə qüvvələri isə hazırda Qəzzada hərbi əməliyyatları davam etdirirlər". 

Pərviz

0