"İsveçin NATO üzvlüyünün Türkiyə parlamenti tərəfindən ratifikasiyası tez baş verməyəcək, çünki Ankara F-16 qırıcıları ilə bağlı ABŞ-dan addımlar gözləyəcək".
HİT.az xəbər verir ki, bunu “Yeni Şafak” mənbələrə istinadən yazıb.
Nəşrin mənbələrinə görə, Türkiyə Stokholmun Şimali Atlantika Alyansına üzvlüyünü tam təsdiqləmək üçün ABŞ Konqresinin F-16 döyüş təyyarələri ilə bağlı addımlar atmasını gözləyəcək.
Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay jurnalistlərin suallarını cavablandırarkən bu məsələnin Tezliklə TBMM mərhələsinə keçməyəcəyini vurğulayıb: "Bu, o qədər də sürətli olmayacaq".
Bundan əvvəl Türkiyə Parlamentinin Beynəlxalq Əlaqələr Komissiyası İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolunu təsdiqləyib.
ABŞ-ın dövlət katibi Entoni Blinken İsveçin tezliklə NATO-ya qoşulmalı olduğunu və bunun Şimali Atlantika Alyansının güclənməsinə kömək edəcəyini deyib.
Dekabrın 11-də Türkiyənin "Hürriyet" qəzeti mənbələrə istinadən yazıb ki, ABŞ Ankaraya F-16 qırıcılarının satışına dair sazişi təsdiq edərsə, Türkiyə İsveçin NATO-ya daxil olmasını dəstəkləyəcək.
Samir