NATO Hərbi Komitəsinin keçmiş sədri, Bundesverin istefada olan generalı Harald Kuyat bildirib ki, Ukrayna yaxın illərdə Alyansa üzv ola bilməyəcək.
HİT.az xəbər verir ki, hərbçi bu barədə alman jurnalist Flavio fon Vitzlebenə müsahibəsində danışıb.
Harald Kuyatın sözlərinə görə, NATO müttəfiqləri bu məsələdə razılığa gələ bilməyəcəklər.General vurğulayıb ki, Alyans bütün üzvlərin konsensusuna əsaslanaraq yeni ölkə dəvət etməlidir və bu hələ baş verməyib.
Harald Kuyat NATO-nun 10-cu maddəsini xatırladıb, ona görə təşkilata yeni ölkənin dəvət edilməsi müttəfiqlərin ümumi razılığı ilə icazə verilir.
Şimali Atlantika Alyansı 2008-ci ilin aprelində Buxarestdə keçirilən sammitində "Ukrayna və Gürcüstanın gələcəkdə NATO-ya üzv olacağına" dair siyasi bəyanat qəbul edib, lakin hər iki ölkəyə təşkilata qanuni qoşulma proseduru olan üzvlük üzrə fəaliyyət planını təqdim etməkdən imtina olunub.
2019-cu ilin fevralında Ali Rada Ukrayna konstitusiyasına ölkənin NATO-ya üzvlük istəklərini təsbit edən düzəlişləri təsdiqləyib. Kiyev genişləndirilmiş imkanlara malik alyans tərəfdaşı statusu alıb.
Samir