Macarıstan xarici işlər nazirinin müavini Levente Madyar deyib ki, baş nazir Viktor Orban və Ukrayna lideri Volodimir Zelenski arasında görüş planlaşdırılır, lakin bunun üçün vaxt hələ müəyyənləşməyib.
HİT.az xəbər verir ki, nazir müavini bir sıra məsələlərin həllinin tələb olunduğunu vurğulayıb.
Onun sözlərinə görə, Budapeşt iki lider arasında görüşü hazırlayarkən şərt qoyub ki, ilk növbədə mövcud məsələlərin həlli mexanizmlərini razılaşdırmaq lazımdır.
"Hələ o nöqtəyə çatmamışıq, ona görə də indi görüşmək zamansız olar. Lakin biz bunun üzərində işləyirik. Ukraynalılar bizim iddialarımızı təmin etmək üçün bəzi addımlar atıblar", deyə Madyar bildirib.
Bundan əvvəl Ukrayna prezidentinin aparat rəhbərinin müavini İqor Jovkva gələcəkdə Zelenski ilə Orban arasında danışıqların aparılacağını istisna etməyib. Onun sözlərinə görə, Kiyev bu görüşü hazırlayacaq və komandalar işləyəcək.
O vurğulayıb ki, tərəflər ikitərəfli münasibətlərdə Ukrayna ərazisində milli azlıqlar ətrafında çəkişmə ilə bağlı olmayan geniş spektrli məsələləri müzakirə edə bilərlər.
“İqtisadiyyatdan danışmaq olar, qonşu dövlətlər arasında tranzitdən danışmaq olar. Biz bu görüşü mütləq hazırlayacağıq və komandalar işləyəcək. Diplomatiyada üzbəüz danışıqlardan daha yaxşı heç nə icad olunmayıb", deyə Jovkva bildirib.
Samir