ABŞ prezidenti Co Baydenin administrasiyası şiə Ənsar Allah hərəkatının (husilər) Qırmızı dənizdə ticarət gəmilərinə hücumları fonunda İranla münaqişənin genişlənməsindən qorxur. Münaqişənin genişlənməsi 2024-cü il seçkiləri ərəfəsində onu ABŞ seçiciləri arasında qeyri-populyar edə bilər.
HİT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.
“Ağ Evin hər gün pıçıldadığı Baydenin əsas prioriteti İran və ya onun etibarlı şəxsləri ilə gərginliyin qarşısını almaqdır. Bayden qorxur - biz bu sözü qəsdən istifadə edirik - seçki ilində populyar olmayan daha böyük bir münaqişəyə cəlb olunmaqdan qorxur", deyə jurnal yazıb.
Oktyabr ayından bəri husilər də daxil olmaqla İranın müxtəlif dəstəkçilərinin Yaxın Şərqdəki ABŞ qüvvələrinə təxminən 100 dəfə hücum etdiyi vurğulanır.
Bundan əvvəl Qırmızı dənizin cənub hissəsində Amerika hərbi gəmiləri və təyyarələrinin husilərin 10-dan çox pilotsuz təyyarə və bir neçə qanadlı raketini uğurla vurduğu deyilir.
ABŞ gəmiçiliyi husilərin hücumlarından qorumaq üçün Bəhreyn də daxil olmaqla on başqa ölkə ilə birlikdə Qırmızı dənizdə əməliyyat elan edib. Husilər cavab olaraq bildiriblər ki, ABŞ-ın Qırmızı dənizdə hərbiləşdirilməsi regionda gəmiçilik üçün təhlükə yaradır və İsrail gəmilərinin təhlükəsizliyini təmin edir.
Samir