Qəzzada münaqişə bir neçə həftəyə bitə bilər

DÜNYA
15:50 / 27.12.2023
430

İsrail xarici işlər nazirinin keçmiş müavini Yossi Beilin Qəzza zolağında münaqişənin bir neçə həftəyə bitəcəyini istisna etməyib. 

HİT.az xəvər verir ki, o, müvafiq proqnozunu "Vanguardia" qəzetinə müsahibəsində bölüşüb.

“Bu həftələr məsələsidir. Kiçik bir qüvvə HƏMAS-ın qalıqları ilə mübarizəni davam etdirə bilər və ya nə olursa-olsun, lakin bu, müharibə olmayacaq. Müharibə çox tezliklə başa çatacaq”, deyə Beilin bildirib.

Eyni zamanda o, tərəflər arasında danışıqların mümkünsüzlüyünü vurğulayıb. Beilin qeyd edib ki, radikal qrupun nümayəndələri Yaxın Şərqdə yəhudi dövlətinin mövcudluğunu tanımaq istəmirlər.

“Görünür, yeganə çıxış yolu HƏMAS-la mübarizə aparmaqdır”, deyə siyasətçi bildirib.

Samir

0