Moldovanın dövlət büdcəsində Avropaya inteqrasiya ilə bağlı referendumun keçirilməsi üçün vəsait nəzərdə tutulmayıb.
HİT.az xəbər verir ki, bunu "Sputnik" radiosuna Moldova parlamentinin deputatı və Dirçəliş Partiyasının nümayəndəsi Vasili Bolya deyib.
"Görünür, Maya Sandu bu referendumu prezident seçkiləri ilə birlikdə keçirmək istəyini ifadə edib, lakin qanun belə praktikaya icazə vermir. Hüquqi baxımdan belə bir referendum 2024-cü ilin may ayından avqust ayına kimi keçirilə bilər. Gələn ilin dövlət büdcəsində plebissit keçirmək üçün pul nəzərdə tutulmayıb", deyə Bolya bildirib.
Bundan əvvəl Moldova prezidenti Maya Sandu 2024-cü ildə respublikanın Avropaya inteqrasiyası məsələsi üzrə ümumxalq referendumu keçirmək niyyətində olduğunu bəyan edib.
Bununla əlaqədar Moldova prezidenti parlamentə respublikanın Avropa İttifaqına daxil olması məsələsi üzrə referendumun təşkili üçün müraciət edib. O xatırladıb ki, prezidentlik müddətinin bir hissəsi kimi o, Aİ-yə daxil olmaq missiyasını yerinə yetirməyə söz verib.
Samir