Şimali Koreya lideri Kim Çen In bildirib ki, ABŞ-ın "görünməmiş hiylələri" səbəbindən ölkə müharibəyə hazırlaşmaq üçün səyləri artırmalıdır.
HİT.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Kim Çen In Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin IX Plenumunda çıxış edərək, "mübarizənin ümumi istiqamətini" müəyyən edib və 2024-cü il üçün döyüş vəzifələrini açıqlayıb.
Xəbərdə deyilir ki, son çıxışında o, Şimali Koreya ordusu və hərbi sənayesi qarşısında müharibəyə hazırlığın təkmilləşdirilməsini sürətləndirmək üçün məqsədlər qoyub.
Kim Çen In həmçinin qeyd edib ki, bu vəzifələr "ABŞ və onun peyklərinin Şimali Koreyaya qarşı görünməmiş intriqaları nəticəsində son həddə çatan Koreya yarımadasındakı ciddi hərbi-siyasi vəziyyətin dərin təhlili əsasında" qoyulub.
Bundan əlavə, Şimali Koreya lideri "anti-imperialist və müstəqil ölkələr"lə strateji əməkdaşlıq əlaqələrini genişləndirməyə və inkişaf etdirməyə, onlarla "anti-imperialist birgə tədbirlər" həyata keçirməyə söz verib.
Dekabrın 23-də Cənubi Koreya kəşfiyyatının Şimali Koreyadan gələn təhdidlər səbəbindən fövqəladə vəziyyət rejiminə keçdiyi açıqlanmışdı.
Samir