Çin Tayvanın hərbi təhlükənin artması ilə bağlı xəbərdarlıqlarının səbəblərini açıqladı

DÜNYA
12:35 / 28.12.2023
302

Çin Müdafiə Nazirliyi Tayvan hökumətini 13 yanvarda adada keçiriləcək seçkilərdə hakim partiyanın qələbə qazanmaq üçün Pekindən gələn hərbi təhlükəni qəsdən şişirtməkdə ittiham edib.

Hit.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentlik qeyd edir ki, Tayvanda keçiriləcək prezident və parlament seçkiləri adanın son 4 ildə hərbi təzyiqləri artıran Pekinlə münasibətlərini müəyyən edəcək.

Pekində keçirilən aylıq mətbuat konfransında danışan Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian gərginlikdə Tayvan hökumətinin günahkar olduğunu bildirib.

Vu Pekinin separatçı adlandırdığı Tayvanın hakim partiyasını nəzərdə tutaraq, "Demokratik Tərəqqi Partiyasının (DPP) hakimiyyət orqanları materikdən gələn hərbi təhlükəni qəsdən şişirdir və gərginliyi şişirdir", deyib.

Dekabrın 18-də Tayvan adaya yaxınlaşan Çin şarını qeydə alıb. Daha sonra adanın səlahiyyətliləri Çin təyyarələrinin Tayvan boğazına "işğal etdiyi" barədə məlumat verib.

Bundan əvvəl Si Szinpin Tayvanın Çindən ayrılmaq cəhdlərini dayandırmağa çağırıb.

Samir

0