Çin-Filippin gərginliyi artır - Müdafiə Nazirliyi xəbərdarlıq etdi

DÜNYA
14:34 / 28.12.2023
536

Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian bildirib ki, Pekin fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll etməyə sadiqdir.

Hit.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Müdafiə Nazirliyi rəsmisi bildirib ki, Çin dialoq tərəfdarı olsa da, Filippinin Cənubi Çin dənizindəki təxribatlarına göz yummayacaq.

Filippin Xarici İşlər Nazirliyinin sözçüsü Teresita Daza keçirdiyi mətbuat konfransında ölkənin sahil mühafizə gəmilərinin öz gəmilərinə qarşı su şırnaqlarından istifadə etməsinə görə Çinə diplomatik etiraz bildirildiyini bildirib.

Dekabrın 9-da Filippin Çini mübahisəli Skarboro rifi yaxınlığında üç Filippin gəmisinə su şırnaqları ilə hücum etməkdə ittiham edib.

Dekabrın 10-da Çinin dəniz polisi departamenti Filippin gəmisini Cənubi Çin dənizindəki mübahisəli Spratli adaları yaxınlığında müntəzəm səfərdə olan Çin sahil mühafizə gəmisi ilə qəsdən toqquşmaqda ittiham edib. Agentlik açıqlamasında bildirib ki, Çin sahil mühafizəsi Filippin gəmilərinə qarşı qanuni nəzarət tədbirləri tətbiq edib.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Çinin Filippin gəmilərinə qarşı hərəkətlərini pisləyib.

Samir

0