Litva: "Danışıqların nə vaxt aparılacağına yalnız Ukrayna qərar verməlidir"

DÜNYA
21:29 / 28.12.2023
361

Litva prezidenti Gitanas Nauseda bildirib ki, Rusiya ilə danışıqlara başlamaq hüququ Ukraynada qalmalıdır. 

HİT.az xəbər verir ki, bu barədə "Delfi" məlumat yayıb.

O bildirib ki, Kiyev danışıqlara başlamaq və hansı şərtlərlə danışıqlar aparmaq barədə müstəqil qərar vermək üçün mənəvi haqqı var.

"Bu məsələdə başqa heç kimin həlledici səsi yoxdur", deyə Nauseda qeyd edib.

Litva prezidenti Rusiyanın vaxt udmaq üçün “danışıqlar təşəbbüsünü təqlid edə biləcəyi” fikrini ifadə edib. O, bu inkişafı “taktiki hiylə” adlandırıb.

“Rusiya bu vaxtdan daha möhkəm dayanmaq və yeni güclə yenidən zərbə endirmək üçün istifadə edəcək”, deyə Nauseda bildirib.

Samir

0