Rusiya Ukraynadan sonra hara hücum edəcək? - Putinin hədəfindəki İKİ ÖLKƏ

DÜNYA
16:07 / 29.12.2023
566

"Ukraynada müharibənin indidən başa çatdığını və ya qısa zamanda bitəcəyini demək doğru deyil".

Bu sözləri HİT.az-a açıqlama verən politoloq Kənan Novruzov bildirib.

O qeyd edib ki, Ukraynadakı müharibənin taleyi 2024-cü ildə Rusiya və ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticələrindən asılı olacaq:

340870
"Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsinin gələcəkdə daha da genişlənməsi üçüncü dünya müharibəsinə yol aça və hətta nüvə silahından istifadəyə qədər gətirib çıxara bilər. Görünən odur ki, bu müharibənin qalibi olmayacaq. Həm Ukrayna, həm də Rusiya artıq məğlubdur. Qərb Ukraynanı bataqlığa çevirdi, Rusiyanı isə bataqlığa saldı".

Politoloq Rusiyanın Ukraynadan sonra hansı ölkələrə hücum edəcəyi ehtimallarından da söz açıb:

"Rusiya müharibədən qalib ayrılsa yeni addımlar ata bilər. Hətta növbəti hədəfin qonşu ölkələr, xüsusilə də Moldova olacağı istisna olunmur. Həmçinin, yeni hədəf Ermənistan da ola bilər. Hesab edirəm ki, Ermənistan da gələcəkdə Ukraynanın taleyini yaşaya bilər. 

Onsuz da Ermənistan hazırda Qərblə Rusiya arasında siyasi poliqona çevrilib. Gələcək perspektivdə isə hərbi poliqona çevrilmə ehtimalı mövcuddur. Yəni Kremli yeni müharibələrə başlamağa və yeni cəbhələr açmağa təhrik edəcəklər. Lakin Rusiya soyuqqanlı davranmalıdır".

Kənan Novruzov onu da söyləyib ki, Rusiyanın bir müharibədən çıxıb, başqa bir müharibəyə girəcəyi inandırıcı deyil:

"Rusiya Prezidenti Vladimir Putin bir az radikal qərarlar qəbul etməyi sevən siyasətçidir. Amma onun da bu qədər riskə gedəcəyini düşünmürəm". 

Pərviz

0