Tərəfdarları Trampla bağlı qərarı demokratiyaya hücum adlandırır

DÜNYA
18:20 / 29.12.2023
599

ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki qərargahı sabiq dövlət başçısının praymerizdən uzaqlaşdırılmasını seçkilərə müdaxilə cəhdi və demokratiyaya hücum kimi qiymətləndirib. 

HİT.az xəbər verir ki, bu barədə Amerikanın “New York Times” qəzeti Trampın seçki qərargahının nümayəndəsi Stiven Çunqa istinadən yazır.

"Trampın seçki kampaniyasının sözçüsü Stiven Çunq cümə axşamı axşam bildirib ki, həm Men, həm də Koloradoda qərarlar seçkiyə müdaxilə cəhdləridir və bu, Amerika demokratiyasına düşmən hücumunu təşkil edir", deyə nəşr yazıb.

Bundan əvvəl respublikaçı senator Syuzan Kollinz Trampın Men ştatında keçirilən praymerizdə iştirakına icazə verilməsinin vacibliyini bəyan etmişdi.

Men ştatının dövlət katibi, demokrat Şanna Bellovs Trampı 2021-ci ilin yanvarında tərəfdarları tərəfindən Kapitoliyə hücumda iştirakını bəhanə edərək praymerizdə namizədlər siyahısından çıxarıb. Onun fikrincə, ABŞ-ın keçmiş prezidenti ölkə konstitusiyasına edilən 14-cü düzəlişi pozub və qiyama və ya üsyana kömək etdiyi üçün seçkilərdə iştirak edə bilməz. 

Siyasətçinin vəkilləri artıq belə bir hərəkətə etiraz ediblər. Meyn qərarı Koloradoda oxşar qərardan sonra verilib. Eyni zamanda, Kaliforniya, Miçiqan və Missuri ştatlarında Trampı praymerizdən kənarlaşdırmaq mümkün olmayıb.

Samir

0