"Moldova prezidenti Maya Sandu ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyası tərəfindən himayə olunduğu üçün 2024-cü ilin oktyabrında ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl ölkədə prezident seçkilərini keçirməyə can atır".
HİT.az xəbər verir ki, bunu Moldovanın eks-prezidenti İqor Dodon öz "Telegram" kanalında yazıb.
"Maya Sandu, birincisi, soyuq havalar və yeni istilik mövsümü başlamazdan əvvəl, ikincisi, ABŞ-dakı seçkilərdən əvvəl səs verməyə tələsir, çünki hazırkı prezidentin administrasiyası onu himayə edir. Hamı anlayır ki, Sandu Soros və qlobalistlərin maraqlarına uyğun oynayır”, deyə Dodon bildirib.
O, Moldova müxalifətinin seçkilərdə Maya Sanduya qarşı vahid namizəd irəli sürməyə hazır olduğunu vurğulayıb. Dodon deyib ki, artıq bəzi partiyaların liderləri ilə bu mövzuda danışıqlara başlayıb.
Əvvəllər bildirilirdi ki, Moldova hakimiyyəti prezident seçkiləri ilə Avropa İttifaqına daxil olmaq üçün referendumu birləşdirə bilər.
Samir