Senator Trampın seçkilərdə iştirakına icazə verməyə çağırdı

DÜNYA
22:15 / 29.12.2023
374

Respublikaçı senator Syuzan Kollinz hesab edir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampa Respublikaçılar Partiyasının Men ştatında keçirilən praymerizdə iştirakına icazə verilməlidir. 

HİT.az bu barədə "The Hill"ə istinadən yazır. 

Onun sözlərinə görə, seçicilər siyasətçiyə səs verib-verməmək barədə özləri qərar verməlidirlər.

"Men seçiciləri qanunverici orqanın seçdiyi dövlət katibi deyil, seçkidə kimin qalib gələcəyinə qərar verməlidir. Dövlət katibinin qərarı minlərlə Men sakinini öz seçdikləri namizədə səs vermək imkanından məhrum edəcək və ləğv edilməlidir”, deyə Kollinz bildirib.

Men ştatının dövlət katibi, demokrat Şanna Bellovs Trampı 2021-ci ilin yanvarında tərəfdarları tərəfindən Kapitoliyə hücumda iştirakını bəhanə edərək praymerizdə namizədlər siyahısından çıxarıb. Onun fikrincə, ABŞ-ın keçmiş prezidenti ölkə konstitusiyasına edilən 14-cü düzəlişi pozub və “qiyama və ya üsyana” kömək etdiyi üçün seçkilərdə iştirak edə bilməz. Siyasətçinin vəkilləri artıq belə bir hərəkətə etiraz ediblər. 

Men qərarı Koloradoda oxşar qərardan sonra verilir. Eyni zamanda, Kaliforniya, Miçiqan və Missuri ştatlarında Trampı praymerizdən kənarlaşdırmaq mümkün olmayıb.

Samir

0