CNN: "Ukraynanın yaşamaq imkanları olacaq, ancaq qalib gəlmək yox"

DÜNYA
23:00 / 29.12.2023
617

"Qərbdən maliyyə və hərbi yardımın gecikməsi fonunda Ukrayna münaqişədə qalib gələ bilməyəcək".

HİT.az xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.

"Ukraynanın yaşamaq üçün imkanları olacaq, ancaq qalib gəlmək üçün yox", deyə CNN qeyd edib.

Qeyd olunur ki, hazırda Ukrayna cəmiyyətində iqtisadiyyat yenidən böyüməyə başlamaq üçün mübarizə aparır.

Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıqal yanvar ayında Ukrayna donorlarının növbədənkənar iclasının keçirilməsini xahiş etmişdi. Onun sözlərinə görə, donorlar dondurulmuş Rusiya aktivlərini Ukraynanın yenidən qurulmasına yönəltmək üçün öz hərəkətlərini əlaqələndirməyə başlamalıdırlar.

Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko bildirib ki, əgər ABŞ və Avropa İttifaqı gələn ilin əvvəlində lazımi maliyyəni təmin etməsə, Kiyev dövlət qulluqçularına pensiya və maaş verməkdən imtina edə bilər. Onun sözlərinə görə, belə bir qərar 500 min dövlət qulluqçusuna, 10 milyon pensiyaçıya və 1,4 milyon müəllimə şamil edilə bilər.

Samir

0