ABŞ dekabrın 31-də Türkiyənin İsveçlə bağlı qərar verəcəyini gözləyirmiş

DÜNYA
17:44 / 29.12.2023
541

ABŞ dekabrın 31-dək Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləyəcəyini gözləyirmiş.

HİT.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Qeyd olunur ki, Türkiyə qanunverici orqanının məzuniyyətə çıxması bunu mümkünsüz edib.

“İsveçin NATO-ya üzvlüyü iki ölkənin - Türkiyə və Macarıstanın razılığını tələb edir və hər iki ölkənin parlamentləri hazırda məzuniyyətdədir: Türkiyə parlamenti yanvarın 16-na, Macarıstan parlamenti isə fevralın 19-dək işləməyəcək", deyə telekanal bildirib. 

Telekanalın məlumatına görə, İsveçin NATO-ya üzvlük məsələsi bu iki ölkənin daxili qanunvericiliyinə görə fevralın ortalarına qədər inkişaf edə bilməyəcək.

Daha əvvəl “Haber Qlobal” xəbər vermişdi ki, Türkiyə parlamenti 2024-cü il büdcəsi və bir sıra qanunları qəbul etdikdən sonra qış tətilinə çıxıb.  İsveçin NATO-ya müraciəti ilə bağlı parlamentdə səsvermə yanvarın 16-dan işə bərpa olunduqdan sonra mümkün olacaq.

Samir

 

 

0