Tramp əslində prezidentliyə namizəd olmaq istəmir?

12:19 / 30.12.2023
635

"Donald Trampın ABŞ prezidentliyinə namizədliyinin təsdiqlənib-təsdiqlənməyəcəyi hələ də tam olaraq bəlli deyil".

Bu sözləri politoloq Turan Rzayev HİT.az-a açıqlamasında deyib.

O bildirib ki, Tramp namizədliyini irəli sürəcəyini bildirsə də, onun buna dair konkret mövqeyi yoxdur:

"Bəlkə də Donald Tramp öz markasının dəyərini artırmağa çalışır. Təbii ki, o, seçkiyə qatılacağı təqdirdə şirkətlərinin, səhmlərinin və ümumilikdə biznesinin dəyəri arta bilər. Bu baxımdan, onun belə bir manipulyasiyaya gedə biləcəyini düşünürəm. Hətta Donald Trampın yekunda seçkiyə qatılacağı da sual altındadır". 

340920

Ekspert vurğulayıb ki, ABŞ-nin mövcud Prezidenti Co Bayden Donald Trampdan çəkinir:

"Çünki Trampın dəstəkçiləri Baydenin tərəfdarlarından daha çoxdur. Trampı sevən böyük bir kütlə olduğunu nəzərə almaq lazımdır. Amma siyasi elitada onu bu qədər sevən yoxdur. Hesab edirəm ki, konqresmənlərin və ümumilikdə siyasi elitanın Donald Trampın namizədliyini qəbul edib-etməmək məsələsi hələlik mübahisəlidir. 

Təbii ki, Bayden də ondan çəkinir. Amma bu, onun namizədliyinin qarşısını almır. Üstəlik, Donald Trampdan fərqli olaraq, Co Bayden seçkidə namizəd olacağını açıq şəkildə elan edib". 

Pərviz

0