ABŞ Respublikaçılar Partiyasının üzvləri ölkə prezidenti Co Baydeni cənubda artan miqrasiya böhranı zamanı Karib dənizində istirahət etdiyinə görə tənqid ediblər.
HİT.az xəbər verir ki, bu barədə Amerikanın "Fox News" telekanalı məlumat yayıb.
"Respublikaçı millət vəkilləri . cənub sərhədində böhranın nəzarətdən çıxdığı vaxtda prezident Baydeni ailəsi ilə Karib dənizində tətil etdiyinə görə tənqid edir. Bayden ABŞ-ın Virciniya adalarının Sent-Kruasında Yeni ili qeyd edir", deyə telekanal bildirib.
Xüsusilə, Respublikaçı deputat Qari Palmer prezident Baydenin bütün prezidentliyinin "reallıqdan bir fasilə olduğunu" deyib. Onun respublikaçı həmkarı Rendi Veber hesab edir ki, Bayden çimərlikdə oturarkən və minlərlə qeyri-qanuni mühacir ona məhəl qoymadıqda, öz öhdəliklərinə etinasızlıq nümayiş etdirir.
Bundan əvvəl Meksika ilə həmsərhəd Texas ştatının qubernatoru Qreq Ebbot Baydeni ölkəni qeyri-qanuni miqrantlarla dolduraraq ABŞ-ı məhv etməkdə günahlandırmışdı.
ABŞ dövlət katibi Entoni Blinken Mexikoda Meksika prezidenti Andres Manuel Lopez Obradorla görüşüb. Tərəflər ABŞ-Meksika sərhədindəki vəziyyəti və ABŞ-a qeyri-qanuni miqrasiyanı müzakirə ediblər.
Samir