Aİ Ukraynanın Avropaya inteqrasiyasında maneələr olduğunu bildirdi

DÜNYA
23:18 / 30.12.2023
480

Ukraynanın Avrointeqrasiya prosesi Avropa İttifaqında qərarların qəbul edilməsinin xüsusiyyətlərinə görə maneələrlə davam etməklə müqayisə edilə bilər. 

HİT.az xəbər verir ki, bu barədə Aİ-nin Ukraynadakı səfiri Katarina Maternova “Avropa həqiqəti” nəşrində dərc olunan məqaləsində bildirib.

“Aİ-yə inteqrasiya yolunda biz indi sprint mərhələsindən uzun məsafəli yarışa keçirik. Biz maneələrlə qaçacağıq. Bu, Avropa İttifaqında qərar qəbul etmənin xarakteridir", deyə Maternova bildirib.

Noyabrın sonunda Maternova Ukraynanın bu onilliyin sonuna kimi Aİ-yə üzv olmaq məqsədini real hesab etdiyini, lakin bu qərarın asan olmayacağını bilridirib. Maternova aydınlaşdırıb ki, burada iki mühüm element var - Ukrayna bütün tələbləri yerinə yetirməlidir və bunun üçün çoxlu texniki işlər görməlidir, həmçinin yeni üzvlərin qəbulu üçün Aİ-dən institusional tənzimləmələrə ehtiyac var.

Samir

0