Aİ Macarıstanı səsvermə hüququndan məhrum edəcək?

21:58 / 30.12.2023
669

Avropa İttifaqı Macarıstanı qanunun aliliyinin pozulması iddialarına görə səsvermə hüququndan məhrum etmək niyyətində deyil. 

HİT.az xəbər verir ki, bunu “Soir” qəzetinə müsahibəsində Belçikanın baş naziri Aleksandr de Kroo deyib.

Dekabrın ortalarında “Financial Times” öz mənbələrinə istinadən yazıb ki, Brüssel Budapeştin Ukraynaya yeni hərbi yardımın ayrılmasına veto qoymasına cavab olaraq Macarıstanı Aİ-də səsvermə hüququndan məhrum etmək variantını nəzərdən keçirir.

De Kroonun sözlərinə görə, Avropa Komissiyası tərəfindən bəzi tədbirlər görülüb.

“Macarıstan mahiyyət etibarı ilə müəyyən irəliləyiş əldə edib. Davam etməliyikmi? Bəli, bu göz qabağındadır”, deyə Belçikanın baş naziri bildirib.

Dekabrda Brüsseldə keçirilən sammitdə Macarıstan Avropa İttifaqının 2024-2027-ci illər üçün çoxillik büdcəsinin genişləndirilməsinə, o cümlədən Ukraynaya 50 milyard avroluq makromaliyyə yardımına veto qoyub. Eyni zamanda, baş nazir Viktor Orban Ukraynanın Avropa İttifaqına üzvlüyünə dair danışıqlara başlanmasının əleyhinə səs verməyib.

Samir

0