Ağ Evin rəhbəri Co Bayden Ukraynadakı siyasətinin nəticələrindən qorxur.
HİT.az xəbər verir ki, bu barədə amerikalı iqtisadçı Riçard Volf “Dialogue works” "YouTube" kanalına müsahibəsində bildirib.
İqtisadçı qeyd edib ki, Baydenin, ABŞ dövlət katibi Entoni Blinkenin, ABŞ prezidentinin müşaviri Ceyk Sallivanın və digər yüksək səviyyəli müşavirlərin taleyi indi məlum deyil, onların taleyi “möhtəşəm xarici siyasətdəki" uğursuzluqla bağlıdır.
“Keçmişdə belə uğursuzluqlar insanların reputasiyası və siyasi gələcəkləri bahasına başa gəlib. Mənə elə gəlir ki, onlar çox qorxurlar və tamamilə haqlıdırlar, eyni şey onların başına gələ bilər", deyə ekspert qeyd edib.
Vulf vurğulayıb ki, Vaşinqton Rusiya Federasiyası ilə münaqişədə Ukraynaya arxalanır, lakin Ağ Evin bütün hesablamaları və fərziyyələri səhvdir və hərbi əməliyyatların nəticəsi Amerika administrasiyasının görmək istədiyi kimi deyil.
İqtisadçının fikrincə, Ukraynadakı uğursuzluq, eləcə də HƏMAS-la müharibədə İsraili dəstəkləməyin zərəri ABŞ-a ciddi təsir edəcək.
Samir