Yapon səfir "Patriot"ların ABŞ-a təhvil verilməsinin səbəblərini açıqladı

DÜNYA
22:48 / 30.12.2023
582

Yaponiya Hind-Sakit Okean regionunda milli təhlükəsizlik və ümumi təhlükəsizlik narahatlıqlarını əsas gətirərək, ABŞ-a "Patriot" hava hücumundan müdafiə raketlərinin ixracına icazə verən dəyişiklikləri təsdiqləyib.

HİT.az xəbər verir ki, bunu Yaponiyanın Ukraynadakı səfiri Kuninori Matsuda “Ukrinform”un müxbirinin Ukraynanın Yaponiyanın ABŞ-a “Patriot” raketləri ixracına icazə verən son qərarını öz xeyrinə hesab edə biləcəyi ilə bağlı sualını cavablandırarkən deyib.

"Yaponiyanın “Patriot”u ABŞ-a təhvil verməsi ilə bağlı qərar ilk növbədə Yaponiyanın milli təhlükəsizliyi ilə bağlı mülahizələrdən, eyni zamanda Hind-Sakit okean regionunda ümumi təhlükəsizlik mühiti ilə bağlı mülahizələrimizdən irəli gəlir”, deyə səfir bildirib.

Matsuda xatırladıb ki, ABŞ və Yaponiya təhlükəsizlik müttəfiqləridir:

"Buna görə də Yaponiyanın “Patriot” raketlərini ABŞ-a ötürməklə biz ümid edirik ki, Birləşmiş Ştatlar Yaponiyanın və bütün Hind-Sakit Okean regionunun təhlükəsizliyini daha yaxşı təmin edə bilər”, deyə o izah edib.

Samir

0