Estoniya Müdafiə Qüvvələrinin komandanı general Martin Herem bildirib ki, ölkə öz ümumi daxili məhsulunun (ÜDM) 3%-ni milli müdafiəyə sərf etmək niyyətindədir.
HİT.az xəbər verir ki, bu barədə “Louna-Eesti Postimees” qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, müdafiə büdcəsi 1,3 milyard avro təşkil edəcək. O qeyd edib ki, iki ildən sonra ölkə Ukraynanın müharibəyə başlamazdan əvvəlki vəziyyətindən daha yaxşı vəziyyətdə olacaq.
“Bu məbləğin yarısı yaxın dörd ildə silah və sursatların alınmasına sərf olunacaq. 240 kilometrə qədər məsafədə fəaliyyət göstərmək üçün kifayət qədər imkanlarımız var. Bu, bizi hücum edənlər üçün daha təhlükəli edir”, deyə Herem bildirib.
Bundan əvvəl bildirilmişdi ki, Estoniyanın eks-prezidenti Toomas Hendrik İlves ölkə hakimiyyətini ÜDM-in üç faizindən çoxunu müdafiə ehtiyaclarına ayırmağa, eləcə də eyni məqsədlər üçün gəlir vergisini 24 faizə qaldırmağa çağırıb. “Dövləti qorumaq üçün daha çox pula, eləcə də potensial vergi artımlarına ehtiyac var”, deyə o bildirib.
Samir