Çanaqqala boğazı tranzit gəmilərə bağlandı

DÜNYA
10:13 / 03.01.2024
590

Türkiyənin Çanaqqala boğazında tranzit gəmilərin hərəkəti dayandırılıb.

Bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarından ərazidəki qatı duman dənizdə görmə məsafəsini azaldıb. Nəticədə həm şimaldan, həm də cənubdan daxil olan gəmilərin kapitanlarına boğazın hər 2 istiqamət üzrə tranzit gəmi keçidlərinə bağlandığı barədə xəbərdarlıq olunub.

Duman çəkildikdən sonra gəmilərin hərəkəti bərpa olunacaq.

0
Qafqazinfo