Rusiya-Ukrayna müharibəsi 2024-cü ildə başa çatacaq?

DÜNYA
12:10 / 07.01.2024
873

"Rusiya-Ukrayna müharibəsinə Qərb dünyasının, xüsusilə də Kollektiv Qərbin münasibəti dəyişilməkdədir".

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov HİT.az-a açıqlamasında deyib. 

O diqqətə çatdırıb ki, artıq ABŞ-nin də imkanlarının tükəndiyi üçün Ukraynaya yardımlarını tamamilə dayandıracağı ilə bağlı fikirlər səsləndirilir:

341276

"Hətta bəzi Avropa dövlətləri tərəfindən Rusiya-Ukrayna müharibəsindən bezdiklərinə dair açıqlamalar verilir. Həmçinin, döyüş meydanında da bir dönüşün olduğunu görürük. Təbii ki, bu dönüş Ukraynanın xeyrinə deyil. Ümumiyyətlə, gedişat heç də ürəkaçan deyil. 

Çünki əvvəllər Ukraynaya ciddi dəstək var idi. Hazırda isə o dəstək çox zəifləyib. Ukraynaya maddi, hərbi və siyasi dəstək azalıb. Bu da öz növbəsində ukraynalı hərbçilərdə psixoloji olaraq ruh düşkünlüyü yaradır. Lakin Rusiya tərəfində müəyyən canlanmanın olduğu müşahidə olunur".

Ekspert hesab edir ki, Rusiya-Ukrayna müharibəsi 2024-cü ildə bitməyəcək:

"Bu müharibənin yaxın zamanlarda bitəcəyini düşünmürəm. Müharibənin aktiv fazasının dayandırılması ilə bağlı proseslərin şahidi ola bilərik, amma Rusiya-Ukrayna qarşıdurması uzun illər ərzində mövcud olacaq. 

Yəni müharibə dayansa belə zaman-zaman atəşkəsin pozulması və ya bir tərəfin digər tərəfə hücumlarının şahidi ola bilərik. Əslində bu prosesin əsası 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi ilə qoyuldu və yaxın gələcəkdə tərəflər arasındakı münaqişənin bitəcəyi də inandırıcı görünmür". 

Pərviz

0