Lukaşenko: "Bu il düşmən qüvvələr Belarusda "məşq edəcək"

DÜNYA
19:33 / 07.01.2024
367

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, gələn il Belarus üçün çətin olacaq. Onun fikrincə, ölkə Belarusda "məşq edəcək" düşmən qüvvələrinə tab gətirməlidir.

HİT.az BELTA agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bunu Milad bayramı üçün yollandığı Minsk yaxınlığındakı Vəftizçi Yəhya peyğəmbərin kilsəsində bəyan edib.

"Bu il çox çətin olacaq. Bizim ölkədə "məşq edəcəklər". Və səbr etməliyik. Onlar gələcək prezident seçkilərinə hazırlıq keçəcəklər. Həm sovet dövründə, həm də SSRİ dağılandan sonra çətin günləri görməyən gənclərə xüsusi diqqət yetirməliyik. Onlar orta və yaşlı nəslin yaşadıqlarını yaşamayıblar. Onlara bu barədə danışmaq lazımdır, göstərmək lazımdır ki, bizim zəhmətimizlə əldə etdiyimizə qiymət versinlər", deyə Lukaşenko bildirib.

Belarus prezidentinin sözlərinə görə, xarici çağırışlar fonunda tarixində əziyyət çəkən Belarus xalqının öz qanunları ilə yaşamaq hüququ var.

Samir

0