Onun öldürülməsi HƏMAS və İsrail arasında girov müqaviləsinə mane olub

DÜNYA
15:28 / 07.01.2024
324

Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani və bir sıra digər ölkə rəsmiləri HƏMAS hərəkatının girovlarının israilli və amerikalı ailələrinə bildiriblər ki, Fələstin rəhbərliyinin üzvü Saleh əl-Arurinin öldürülməsi girovların azad edilməsi üçün yeni razılaşma əldə etmək səylərinə mane olub. 

HİT.az xəbər verir ki, bu barədə Amerikanın "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

"Qətərin baş naziri və digər rəsmilər Dohada girov götürülən 6 amerikalı və israillinin ailə üzvlərinə bildiriblər ki, bu həftə Beyrutda yüksək rütbəli rəsmisi Saleh əl-Arurinin öldürülməsi yeni razılaşma əldə etmək səylərinə əhəmiyyətli dərəcədə mane olub", deyə mənbə bildirib.

Qeyd olunur ki, Qətər və Misir Qəzza zolağında döyüşlərdə bir neçə həftəlik fasilə və fələstinli məhbusların azad edilməsi müqabilində ən azı 40 girovun azad olunmasına zəmanət verən yeni saziş üzrə İsrail və HƏMAS arasında dolayı danışıqları bərpa etməyə çalışır.

Yanvarın 2-də Fələstinin HƏMAS hərəkatının rəhbərliyinin üzvü Saleh əl-Arurinin Livanın paytaxtı Dahiya şiə məhəlləsində İsrailin pilotsuz təyyarəsinin hücumu nəticəsində həlak olduğu bildirilib.

Samir

0