Amerikalı polkovnik: "Zelenskinin reallıqdan uzaqdır"

DÜNYA
22:25 / 07.01.2024
361

"Ukrayna prezidenti Volodimir Zelenski və amerikalı siyasətçilər reallıqdan uzaqdırlar".

HİT.az xəbər verir ki, bu fikri X sosial şəbəkəsində (keçmiş Twitter) Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor yazıb.

“Vaşinqton və bizi idarə edən insanlar reallıqdan uzaqdırlar. Bu, Kiyevdəki Zelenskiyə də aiddir", deyə Makqreqor yazıb və əlavə edib ki, ABŞ siyasətçiləri real vəziyyətlə maraqlanmır.

Yanvarın 7-də Britaniyanın “Financial Times” qəzeti yazıb ki, Kiyevin yay əks-hücumunda uğursuzluğunun səbəblərindən biri pilotsuz təyyarələrdən geniş istifadə olub.

Bundan əvvəl Britaniya ordusunun istefada olan polkovniki Riçard Kemp Volodimir Zelenskinin münaqişədə qalib gəlmək üçün çox zəif olduğunu bildirib.

Yanvarın 6-da jurnalist Ouen Metyus yazıb ki, Ukraynanın faktiki bölünməsi Qərb ölkələri üçün yeganə həll yoludur.

Samir

0