Rusiyanın Donetskə ölümcül hücumuna ABŞ-ın reaksiyası

DÜNYA
18:09 / 07.01.2024
532

Amerika Birləşmiş Ştatlarının Ukraynadakı səfiri Bricet Brink Rusiyanın Donetsk bölgəsinə raket hücumuna reaksiya verib. 

HİT,az-ın məlumatına görə, səfir xatırladıb ki, ötən axşam Rusiyanın Donetsk vilayətinin mülki ərazisinə S-300 raketləri atması nəticəsində 5-i uşaq olmaqla 11 nəfər həlak olub.

"Bu, Rusiyanın Ukraynaya hücumlarının gündəlik reallığının dəhşətli bir xatırlatmasıdır. Ailə və dostlara başsağlığı veririk", deyə Brink yazıb.

Bir gün əvvəl Rusiya Donetsk vilayətində "köhnə" Milad gecəsi təşkil edib - bölgənin Pokrovski rayonuna S-300 raketləri ilə hücum edib. Nəticədə 5-i uşaq olmaqla 11 mülki şəxs həlak olub.

Ukrayna prezidenti Volodimir Zelenski yaxınlarını itirən hər kəsə başsağlığı verib və rusların hücumunun sadəcə olaraq adi yaşayış binasına olduğunu vurğulayıb. Onun sözlərinə görə, heç bir belə terror aktı Rusiya üçün cəzasız qalmayacaq.

Samir

0