Naməlum şəxslər süni intellektdən (AI) istifadə edərək, Qazaxıstan haqqında müsbət yazılar yazır və onları məşhur britaniyalı alimlərin işi adı altında mətbuata göndərirlər.
HİT.az xəbər verir ki, bu barədə “Times” qəzeti yazıb.
"Süni intellektin təhlükələri ilə bağlı daha bir xəbərdarlıqda naməlum aktyorlar özlərini iki beynəlxalq münasibətlər alimi kimi göstərərək, Qazaxıstan haqqında müsbət, lakin yalançı məqalələri mediada yerləşdirməyə çalışırlar", deyə "Times" qeyd edib.
Jurnalistlərin sözlərinə görə, iki britaniyalı alimin müəllifi olduğu iddia edilən məqalənin bir nüsxəsi "Euronews" telekanalına daxil olub, lakin redaktor mətndəki ifadəni qəribə hesab edərək, onu rədd edib. Onların adından gələn mətnlər barədə alimlərə məlumat verilib.
Lakin məqaləni başqa bir xəbər qurumu dərc edib və sonradan həmin materialı yığışdırıb.
"Times" müəllifləri yazır ki, müxtəlif saytlarda Qazaxıstan haqqında ingilisdilli müəlliflərin məqalələrini tapa bilərsiniz, ehtimal ki, süni intellekt tərəfindən yazılıb.
Samir