ÜST Şimali Qəzzanı dərmanla təmin etməkdən imtina etdi

DÜNYA
13:47 / 08.01.2024
560

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza zolağının şimalını artıq dərmanla təmin edə bilməyəcəyini bildirib. 

HİT.az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkələrdə yaydığı press-relizdə məlumat verilib.

"ÜST 26 dekabr 2023-cü ildən bəri dördüncü dəfə Əl-Auda Xəstəxanasına və Qəzzanın şimalındakı mərkəzi aptekə planlaşdırılan missiyanı ləğv edib, çünki biz təhlükəsizlik zəmanəti almamışıq. Missiya zamanı biz təcili ehtiyac duyulan dərmanları şimaldakı beş xəstəxanaya çatdırmaq niyyətində idik", deyə press-relizdə bildirilir.

Missiyadan imtinaya səbəb İsrail təyyarələri tərəfindən Qəzzanın bu ərazisinin davamlı olaraq kütləvi şəkildə bombalanması olub. ÜST-ün məlumatına görə, Qəzzanın şimalında xəstəxanalarda daimi kadr çatışmazlığı var - həkimlər və digər tibb işçiləri evakuasiya əmrindən sonra ərazini tərk ediblər.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Herzi Halevi İordan çayının qərb sahilindəki İsrail qoşunlarına səfəri zamanı ölkənin Qəzza zolağındakı hərbi əməliyyatının 2024-cü ilə qədər davam edəcəyini bildirmişdi.

Samir

0