Dünyanın tanker donanması köhnəlir - Səbəb Rusiyadır

DÜNYA
20:20 / 08.01.2024
328

Dünyanın tanker donanması qocalır, lakin sənaye ənənəvi və ya ekoloji cəhətdən təmiz yanacaq modellərinin seçilib-seçilməməsi ilə bağlı qeyri-müəyyənlik səbəbindən yenilərini almaqda ləng gedir. 

HİT.az xəbər verir ki, bunu "Financial Times" yazıb.

Logistika şirkətlərinin sahiblərinin tərəddüdü yeni yanacağın tədarükünün sabitliyinə hələ də təminat verilə bilməməsi ilə bağlıdır.

Yük gəmilərinin orta yaşı hazırda 13,7 ildir ki, bu da 15 ilin ən yüksək göstəricisidir. Neft və digər mayeləri daşıyan tankerlərin orta yaşı isə 12,9 ildir ki, bu da 20 ilin ən yüksək göstəricisidir.

Bunun səbəblərindən biri Rusiyanın özünün “kölgə” tanker donanmasına daxil etdiyi və Avropa İttifaqı sanksiyalarından yan keçmək üçün istifadə etdiyi istismardan çıxarılan gəmilərin fəaliyyətinin davam etdirilməsidir.

Samir

0